“Real” bu aqibətlə üzləşən ilk çempion oldu

28.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Real” səfərdə “Liverpul”a 2 cavabsız qolla uduzub.

Publika.az xəbər verir ki, bu məğlubiyyət Karlo Ançelottinin komandası üçün bu mərhələdə üçüncü olub.

“Opta”nın məlumatına görə, Madrid klubu Çempionlar Liqasının qrup və ya əsas mərhələsində hazırkı çempion kimi 3 matçda yenilən ilk komanda olub.

Qeyd edək ki, “Los Blankos” cari mövsümdə “Liverpul” (0:2) ilə yanaşı, “Milan” (1:3) və “Lill”ə də (0:1) məğlub olub.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью