“Real” bu müdafiəçidən imtina etdi

29.11.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Madridin “Real” klubu, “Liverpul”un mərkəz müdafiəçisi İbrahim Konatenin oyun formasındakı geriləmə səbəbindən onu transfer etmək niyyətindən imtina edib.

Lent.az xəbər verir ki, “kral klubu” artıq qərarını mersisaydlılara çatdırıb. Qeyd olunur ki, “Real”ın Konateni transfer etməkdən imtina etməsi fransalı müdafiəçinin 2026-cı ilin yayında başa çatan “Liverpul”la müqaviləsini uzatmasına daha da yaxınlaşdıra bilər.

Mövsümün cari hissəsində müdafiəçi bütün turnirlərdə 18 oyunad iştirak edib və bir qol vurub. Transfermarkt portalında təqdim olunan məlumata əsasən, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

İbrahim Konate

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью