Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” bu gün “Arsenal”la üz-üzə gələcək.
Futbolpress.az xəbər verir ki, Karlo Ançelottinin komandası Londonda 3:0 hesablı məğlubiyyətdən sonra toparlanmalıdır.
21-ci əsrdə cəmi dörd dəfə ilk oyunda 3 (və ya daha çox) qolla məğlub olan komanda Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Həmin oyunları təqdim edirik:
2003/04, 1/4 final
“Milan” – “Deportivo” 4:1
“Deportivo” – “Milan” 4:0
2016/17 mövsümü, 1/8 final
PSJ – “Barselona” 4:0
“Barselona” – PSJ 6:1
2017/18 Mövsüm, 1/4 final
“Barselona” – “Roma” 4:1
“Roma” – “Barselona” 3:0
2018/19 Mövsümü, 1/2 final
“Barselona” – “Liverpul” 3:0
“Liverpul” – “Barselona” 4:0