Real bunu bacaran ilk klub oldu

20.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya təmsilçisi "Real" UEFA Çempionlar Liqasında ardıcıl 22-ci dəfə 1/8 finala yüksələn ilk klub olub.

Bakıvaxtı.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, yarışın pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu ilə oyunlardan sonra reallaşıb.

Madrid təmsilçisi sözügedən mərhələnin yarandığı 2003/2004 mövsümündən bəri bu göstəriciyə imza atan ilk komanda olub.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edən "Real" cavab qarşılaşmasında da İngiltərə təmsilçisindən üstün olub - 3:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью