Real bunu bacaran ilk komanda olub

04.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ispaniya təmsilçisi "Real" (Madrid) La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub.

Bakıvaxtı.az xəbər verir ki, "Kral Klubu" ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda "Valensiya"ya qalib gələrək (2:1) bu uğura imza atıb.

Paytaxt klubu 5000 xalı 94 mövsüm ərzində əldə edib. Komanda ümumilikdə 1833 qələbə qazanıb, 6526 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью