Real Çempionlar Liqasının oyunundan əvvəl heyətlə bağlı problemlə üzləşib

19.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasında bu həftə keçiriləcək oyundan əvvəl heyətlə bağlı problemlə üzləşib.

"Cebheinfo.az" yerli mətbuata istinadən xəbər verir ki, bu gün komandanın məşqində beş futbolçu iştirak etməyib.

Bunlar Trent Aleksandr-Arnold, Eder Militao, Antonio Rüdiger, Ferlan Mendi və Brahim Diasdır. Dias bir gün əvvəl Mərakeş millisinin heyətində Afrika Millətlər Kubokunun final matçında meydana çıxıb. Digər oyunçular sağlamlıqla bağlı problemlərlə üzləşiblər.

Bundan əlavə, Rodriqo məşqlərə qayıdıb və onun növbəti matçda iştirakı gözlənilir.

Qeyd edək ki, "Real" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Monako" ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 20-dən 21-nə keçən gecə baş tutacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью