Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın “Real Madrid” klubunun heyətində ciddi itki baş verib.
İdmanxeber.az xəbər verir ki, komandanın gənc futbolçusu Franko Mastantuono zədələnib.
18 yaşlı argentinalı vinger milli komandasının düşərgəsində əzələsindən zədə alıb. Mastantuono müalicəsini davam etdirmək üçün Madridə qayıdacaq.
Qeyd edək ki, “Real Madrid” Franko Mastantuononu mövsümün əvvəlində “River Pleyt”dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm “kral klubu”nun heyətində 9 rəsmi oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.