Real cinah hücumçusunu satır

29.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real Madrid" qarşıdakı yay transfer dönəmində cinah hücumçusu Rodriqo Qoes ilə vidalaşa bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito TV" yayıb.

Xəbərə görə, İspaniya nəhənginin rəhbərliyi 24 yaşlı vingerin bir qədər də inkişaf edəcəyinə əmin deyil və onu yüksək qiymətə satmaq niyyətindədir. 

Qeyd edək ki, 2019-cu ildən "Real"da çıxış edən Rodriqo indiyədək bu komandanın heyətində 267 matça çıxaraq 68 qol və 50 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью