Real ÇL dəki qələbəyə görə futbolçulara nə qədər mükafat verdiyi bilindi

27.03.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid” rəhbərliyinin Çempionlar Liqasının 1/4 finalına yüksəldikləri üçün futbolçulara verdiyi mükafatın məbləği açıqlanıb.

Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, “Atletiko Madrid”i 1/8 final mərhələsində mübarizədən kənarlaşdıra komandanın hər oyunçusu 250 min avro alıb.

Karlo Ançelottinin komandası turnirin 1/4 finalında “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqasının hazırkı qalibi “Real”dır. Madridlilər ötənilki finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə yenmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью