Real ÇL in tarixinə bu rekordla düşdü

20.02.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real" Çempionlar Liqasında unikal nəticəyə nail olub.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə pley-off mərhələsinin cavab görüşündə "Mançester Siti"ni məğlub edib - 3:1. "Real" 1 həftə əvvəl ilk oyunda da rəqibinə qalib gəlib - 3:2. Karlo Ançelottinin komandası ümumilikdə 6:3 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Beləliklə, "Real" ardıcıl 22-ci dəfə turnirin 1/8 finalına yüksəlib. "Opta Sport"un yaydığı məlumata görə, bu, ÇL tarixinin rekordudur. Daha əvvəl heç bir klub yarışda ardıcıl 22 dəfə 1/8 finala adlamayıb.

Xatırladaq ki, "Real"dan başqa "Feyenoord", "Brügge", "Bavariya", "Benfika", "Borussiya" (Dortmund), PSJ və PSV də pley-offdan 1/8 finala yüksəlib. Bu mərhələyə birbaşa vəsiqə qazanan komandalar isə "Liverpul", "Barselona", ​​"Arsenal", "İnter", "Atletiko", "Bayer", "Lill" və "Aston Villa"dır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью