Real ÇLi və La Liqanı qazanmasa...

05.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real" cari mövsümdə Çempionlar Liqasının və La Liqanın qalibi olmasa, baş məşqçi dəyişikliyi edəcək.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Əgər Madrid təmsilçisi hazırkı baş məşqçisi Karlo Ançelotti ilə sözügedən titulları qazanarsa, mütəxəssis müqaviləsinin sonunadək - 2026-cı ilin yayınadək klubda qalacaq. Əks halda isə rəhbərlik bu vəzifəyə "Bayer"in çalışdırıcısı Xabi Alonsonu gətirməyə çalışacaq. 

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. 2023/2024 mövsümünün sonunda onun komandası Bundesliqanın qalibi olub. Alonsonun klubla hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью