Real da ciddi itki mövsümü erkən başa vurdu

24.04.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eduardo Kamavinqa sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı yarımmüdafiəçi La Liqanın 33-cü turunun "Xetafe" ilə səfər matçında zədələnib. Kamavinqanın sol adduktor əzələsinin vətəri qopub.

22 yaşlı orta xətt oyunçusu mövsümün qalan hissəsində iştirak edə bilməyəcək. O, 3 ay sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin avqust ayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью