Real da Kurtuanın əvəzləyicisi axtarılır İki namizəd var

07.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Madrid "Real"ı qapıçı Tibo Kurtuanın mümkün əvəzləyiciləri ilə bağlı müzakirələrə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin iddiasına görə, namizədlər arasında "Brayton"un və Niderland millisinin qapıçısı Bart Verbrüggenin adı var. Bundan başqa, Madrid klubu öz akademiyasına da güvənir.

"Real Kastilya"nın qapıçısı Fran Qonsales əsas variantlardan biri hesab olunur.

Bununla belə, hazırda Kurtuanın komandada əvəzolunmaz fiqur olduğu bildirilir. Bu səbəbdən "Real" yeni qapıçı transferini təcili məsələ kimi görmür.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən "Real"da çıxış edir. Belçikalı qapıçı 2022-ci ilin oktyabrında 2021/2022 mövsümünün ən yaxşı qapıçısı kimi Lev Yaşin mükafatına layiq görülüb.

DÇ-26: İspaniya 1/4 finalda! - YENİLƏNİB Qərar qüvvədə qaldı: Baloqun oynayacaq “Zirə”nin rəqibi yeni futbolçu transfer etdi Velko Simiç: “Sabah gücümüzü meydanda nümayiş etdirəcəyik” Dambrauskas: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью