Real da tarix yazan futbolçu geri qayıdır

23.05.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid" klubunun sabiq futbolçusu Julio Baptista Madrid təmsilçisinə qayıdır.

Metbuat.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi klubun gənclərdən ibarət komandasının baş məşqçisi postunda Alvaro Arbeloanı əvəzləyəcək.

Qeyd edək ki, J.Baptista 2005-2008-ci illərdə "Real Madrid"in formasını geyinib. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu olub və Superkuboku qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью