sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real"da baş məşqçi Joze Mourinyonun konkret bir sistemdən daha çox oyunçuların fərdi ustalığına bel bağlamasından narazılıq edən bir neçə futbolçunun mövqeyi səbəbindən gərginlik artmağa başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandaya hansı tipli məşqçinin lazım olması ilə bağlı fikir ayrılıqları fonunda "Kral klubu"nun paltardəyişmə otağında parçalanma dərinləşir. "Real"ın keçmiş məşqçisi Xabi Alonso həddindən artıq mürəkkəb taktiki yanaşmaya görə vəzifəsindən uzaqlaşdırılmışdısa, Mourinyo indi taktiki dərinliyin çatışmazlığına görə tənqidlərlə üzləşir.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis bu yay kommandanın "sükanı arxasına" keçib. Onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.