Real dan 100 milyonluq transfer Ulduz futbolçu gəlir

05.06.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Real Madrid” FIFA Klublararası Dünya Çempionatında qalib olmağı qarşısına əsas məqsəd kimi qoyub.

Metbuat.az xəbər verir ki, mötəbər turnirdə qalib olmaq istəyən ispan nəhəngi heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir. Məşqçi Xabi Alonso yeni transferlər barədə təlimat verib. Bildirilir ki, bundan əvvəl Trent Alexander-Arnold və Dean Huijsen kimi futbolçuları heyətinə qatan “Real”, “Ştutqart”ın yarımmüdafiəçisi Angelo Stiller və “Benfika”nın oyunçusu Alvaro Karrerası transfer etmək istəyir.

“Real” FIFA Klublararası Dünya Çempionatına qədər transferləri yekunlaşdırmaq istəyir. Bu iki futbolçu üçün “Real” 100 milyon avro xərcləyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью