Icma.az, Qol.az saytına istinadən bildirir.
"Real"dan ardıcıl 6-cı qələbə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Real" İspaniya La Liqasında uğurlu seriyasını davam etdirir.
QOL.az xəbər verir ki, "kral klubu" 22-ci tur çərçivəsində qarşılaşdığı "Rayo Valyekano"nu məğlub edib.
1 fevral
"Real" - "Rayo Valyekano" - 2:1
Qollar: Vinisius Junior, 15, K.Mbappe, 90+10-pen. – X.De Frutos, 49
Bu, komandanın çempionatda ardıcıl 6-cı qələbəsi olub. "Real" bunadək "Alaves" (2:1), "Sevilya" (2:0), "Betis" (5:1), "Levante" (2:0) və "Vilyarreal"ı (2:0) məğlub edib.
Qeyd edək ki, 22 oyundan sonra xallarını 54-ə çatdıran "Real" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider "Barselona"dan cəmi 1 xal geri qalır (55 xal). 22 xalı olan "Rayo Valyekano" isə 17-ci yerdə qərarlaşıb.