Real dan ayrılan futbolçu Beşiktaş a keçə bilər

20.07.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real"dan ayrılan Lukas Vaskes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" azad agent statusunda olan ispaniyalı müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

İstanbul nəhəngi Vaskesə müqavilə təklif edib. 34 yaşlı sağ cinah müdafiəçisi "Beşiktaş"a keçməyə isti yanaşır. Təcrübəli futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra yekun qərarını verəcək.

Qeyd edək ki, Lukas Vaskes ötən mövsüm "Real"ın heyətində 53 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью