Icma.az, sport24.az saytına istinadən bildirir.
"Real" "Everton"un müdafiəçisi Cared Brantveytlə maraqlanır. Sport24.az "Goal" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi müdafiə xəttini gücləndirmək üçün 24 yaşlı futbolçunun transferini nəzərdən keçirir.
Məlumata görə, "Everton" Brantveyti satmaq niyyətində deyil və onun üçün 93 milyon avro tələb edir. İngiltərə klubu bu məbləğdən aşağı təkliflərə baxmaq istəmir.
"Real" ilə yanaşı, "Mançester Yunayted", "Mançester Siti" və "Atletiko"nun da ingiltərəli müdafiəçini yaxından izlədiyi bildirilir. Xüsusilə "Mançester Yunayted"in uzun müddətdir Brantveytə maraq göstərdiyi qeyd olunur.
Qeyd edək ki, Brantveyt 2025/26 mövsümündə əzələ problemləri səbəbindən bütün turnirlərdə 31 oyunu buraxıb. Buna baxmayaraq, müdafiəçi yeni mövsümə yaxşı başlayıb və hazırda "Everton"un əsas oyunçularından biri hesab olunur.