Real dan Olise açıqlaması Yayılan xəbərlər əsassızdır

20.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İspaniyanın "Real" klubu "Bavariya"nın futbolçusu Maykl Olise ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu, onun nümayəndələri və yaxın ətrafı ilə birbaşa və ya dolayı yolla əlaqə saxlamadığını açıqlayıb.

Klub "Bavariya" ilə münasibətlərin qarşılıqlı hörmət, əməkdaşlıq və etimada əsaslandığını bəyan edib. "Real" həmçinin reallığa uyğun olmayan spekulyasiyaların yayılmasından təəssüfləndiyini vurğulayıb.

Qeyd edək ki, son günlər Maykl Olisenin "Real"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Yeni qayda ilk dəfə tətbiq olundu - Almiron VAR-dan sonra qovuldu Şenol Güneşdən motivasiya sözləri - “Sadəcə 90 dəqiqə var” Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi" Kristensen “Barselona”da qalır - Yeni müqavilə Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью