Real dan Rüdigerlə bağlı açıqlama

29.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Real"ın futbolçusu Antonio Rüdiger əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Diz bağındakı zədə səbəbindən əməliyyat edilən almaniyalı müdafiəçinin nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələlik açıqlanmayıb. İspaniya mətbuatı futbolçunun sağalma müddətinin 6-8 həftə çəkəcəyini yazıb ki, bu da onun üçün mövsümün erkən bitməsi deməkdir. 

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью