Real dan sürpriz transfer həmləsi

04.06.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Real" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Osasuna"da çıxış edən Ante Budimiri transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

"Real"ın baş məşqçisi Xabi Alonso xorvatiyalı xidmətində maraqlıdır. 33 yaşlı futbolçunun sərbəstqalma məbləği 8 milyon avrodur.

Qeyd edək ki, "Osasuna" Ante Budimiri 2020-ci ilin oktyabr ayında "Malyorka"dan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью