Real dan Vinisiusa qarşı sərt mövqe

30.05.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Real"dan Vinisiusa qarşı sərt mövqe

"Real" ulduz futbolçusu Vinisius Juniorla yeni müqavilə məsələsində sərt mövqe nümayiş etdirir.

QOL.az xəbər verir ki, "El Chiringuito" nəşrinin məlumatına görə, Madrid klubu braziliyalı vingerlə futbolçunun maliyyə tələblərindən xeyli aşağı olan şərtlərlə müqaviləni yeniləməyə hazırdır.

Məlumata görə, əgər Vinisius bu şərtləri rədd edərsə, "kral klubu" təklifini yaxşılaşdırmayacaq və ulduz futbolçu ilə yollarını ayırmağa hazır olacaq. Onun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Qeyd edək ki, 2018-ci ildən "Real"ın şərəfini qoruyan Vinisius geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla 53 matça çıxaraq 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı hücumçunun transfer dəyərini 150 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью