Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Real"dan Xabi Alonsoya şərt - Yoxsa gedəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Real”da baş məşqçi Xabi Alonsonun gələcəyi qeyri-müəyyən olaraq qalır.
QOL.az "El Mundo"ya istinadən xəbər verir ki, klub rəhbərliyi ispaniyalı mütəxəssis üçün konkret şərt müəyyənləşdirib. Bildirilir ki, qarşıdakı Çempionlar Liqasının “Mançester Siti” ilə oyunu Alonsonun taleyini həll edəcək. “Real” məğlub olarsa, mütəxəssis baş məşqçi vəzifəsindən göndəriləcək. Bu qərar Madrid təmsilçisinin rəhbərliyinin təcili iclasında qəbul edilib.
Qeyd edək ki, “Real” La Liqada son 5 qarşılaşmanın yalnız 1-də qələbə qazana bilib. “Mançester Siti” ilə oyun Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 10-da keçiriləcək.