Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Madrid "Real"ı bu yayın ilk transferini reallaşdırmağa yaxındır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, "Kral klubu" "Inter" və Niderland millisinin müdafiəçisi Denzel Dumfris ilə bağlı danışıqları uğurla yekunlaşdırıb. Tərəflər transferin bütün detallarını razılaşdırıblar.
Bildirilib ki, Madrid təmsilçisi futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 30 yaşlı müdafiəçi də karyerasını "Real"da davam etdirməyə razılıq verib.
Məlumata əsasən, transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Dumfris ötən mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.