Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çoxlu izləyicinin olması heç də insanın çoxlu dostunun olması demək deyil. İnsana psixoloji baxımdan lazım olan təkcə çoxlu insan əlaqəsi deyil, həm də keyfiyyətli və etibarlı münasibətlərdir. Bir insanın, məsələn, minlərlə izləyicisi ola bilər, amma özünü çox tənha hiss edə bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova vurğuladı.
O əlavə etdi ki, virtual dostluqların da özünəməxsus münasibət tərəfləri var:
"Bəzən insanlar eyni maraqlara sahib olduqları şəxslərlə ünsiyyət və tanışlıqlar yarada, müəyyən dəstək də ala bilərlər. Amma virtual münasibətlər real həyatda olan ünsiyyəti, ailə və dostlarla əlaqələri, cəmiyyətlə canlı sosial münasibətləri tamamilə əvəz etməyə başlayırsa, bu, artıq sağlam ünsiyyət və sağlam balans demək deyil. Virtual münasibətlər real dostluğu tamamilə əvəz edə bilməz".
NURİYYƏ