“Real dünyanın ən bahalı klubu seçildi

23.10.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Futbolçuların transfer dəyərinə əsasən, dünyanın ən bahalı klublarının yeni reytinqi müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Transfermarkt” portalının tərtib etdiyi siyahıda qeyd olunub.Bildirilir ki, siyahının zirvəsində İspaniyanın “Real Madrid” komandası qərarlaşıb. Kral klubunun ümumi dəyəri 1,4 milyard avro olaraq qiymətləndirilib.

İngiltərədən “Arsenal” (1,31 milyard avro), “Mançester Siti” (1,21 milyard avro) və “Liverpul” (1,15 milyard avro), həmçinin Fransanın PSJ (1,15 milyard avro) klubları ilk “beşlik”də yer alıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью