Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Beynəlxalq konsaltinq şirkəti “Deloitte”-un saytında dərc olunan hesabatda bildirilir ki, Madrid "Real"ı 2024/25 mövsümünün yekunlarına görə ən gəlirli futbol klubları reytinqində birinci yeri tutub.
Oxuməni.az xəbər verir ki, ispan klubu ötən mövsümün yekunlarına görə ümumilikdə 1,161 milyard avro gəlir əldə edərək reytinqdə liderliyini qoruyub. Bu göstəriciyə görə ikinci yeri "Barselona" (974,8 milyon avro) tutub ki, ötən illə müqayisədə dörd pillə yüksəlib. Üçüncü yeri isə əvvəllər beşinci pillədə qərarlaşan Almaniyanın "Bavariya" klubu (860,6 milyon avro) tutub.
Reytinqin ilk onluğuna həmçinin Fransanın "PSJ" (837 milyon), İngiltərənin "Liverpul" (836,1), "Mançester Siti" (829,3), "Arsenal" (821,7), "Mançester Yunayted" (793,1), "Tottenhem" (672,6) və "Çelsi" (584,1) klubları daxil olub.
Reytinqə daxil edilmiş klubların ümumi gəliri 11% artaraq 12,4 milyard avro təşkil edib.
Almaz Həsənli