Real Ederson üçün danışıqlara başladı

08.01.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real" "Atalanta"nın yarımmüdafiəçisi Ederson üçün danışıqlara başlayıb. Hazırda Madrid 25 yaşlı braziliyalı üçün potensial müqavilənin şərtlərini bilmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Transfer News Live” portalına istinadən xəbər verir ki, "Atalanta" Edersonun transferi üçün təxminən 50-60 milyon avro tələb edəcək.

Bununla belə, braziliyalı yarımmüdafiəçi “Atletiko Madrid”, “Mançester Yunayted” və “Mançester Siti” kimi klubların da radarındadır.

Eyni zamanda qeyd olunur ki, "Real"ın yarımmüdafiə xəttini gücləndirmək üçün B planı "Real Sosyedad"dan Martin Subimendidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью