“Real” əfsanəvi stadionunun adını dəyişir

27.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real" rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun adını dəyişmək qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Madrid təmsilçisi doğma arenasının adını sadələşdirəcək. Klub stadiona sadəcə "Bernabeu" adını verməyi düşünür.

Stadionun adının dəyişdirilməsinin kommersiya məqsədli olduğu qeyd edilir.

Qeyd edək ki, "kral klubu" ev oyunlarını 1947-ci ildən bəri "Santyaqo Bernabeu"da keçirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью