“Real” “el klasiko”dan əvvəl bəyanat yaydı

25.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Real”ın (Madrid) rəsmi televiziyası “El-Klasiko” qarşılaşmasına az qalmış hakimləri hədəfə alıb.

Futbolpress.az xəbər verir ki, “Real Madrid TV” efirində İspaniya hakimlərinin “Barselona”nın xeyrinə qərarlar çıxarmağa meyilli olduğunu iddia edib. Matçın baş hakimi Xuan Martines Munuera və VAR-a nəzarət edəcək İqlesias Vilyanuevanın əvvəlki idarəçilikləri təhlil edilərək tendensiyanın qərəzli olduğu bildirilib.

La Liqanın X turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” matçı Bakı vaxtı ilə saat 23:59-da “Kamp Nou” stadionunda başlayacaq. Oyun öncəsi kataloniyalılara 27 xalla liderlik edir, paytaxt təmsilçisi isə 21 xalla üçüncü yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью