Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
“Real"ın qapıçısı Tibo Kurtua “Barselona”ya qarşı keçiriləcək "El Klassiko" ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, komandalar La Liqanın 10-cu turu çərçivəsində “Kamp Nou” stadionunda üz-üzə gələcəklər. “Barselona” keçirdiyi 9 oyunun hamısında qalib gələrək turnir cədvəlinə liderlik edir. “Real" isə rəqibindən 6 xal geri qalır.
“Düşünürəm ki, biz hazırıq. Bu, hər zaman xüsusi bir qarşılaşmadır. "El Klassiko"da komandalardan birinin digərindən daha yaxşı formada olduğu vaxtlarda da oynamışam, lakin buna baxmayaraq, oyun bərabər səviyyədə keçib. Belə matçlarda şanslar həmişə 50-nin 50-yədir. ‘Real" heç vaxt "El Klassiko"ya autsayder statusunda çıxmamalıdır.
Əvvəllər bu qarşılaşmaları televizordan izləyirdim. Hələ ‘Atletiko Madrid’də çıxış etdiyim vaxtlarda El-Klasikonun keçirildiyi həftəsonu səfər oyununa gedəndə bütün komanda ilə birlikdə matçın nəticəsini proqnozlaşdırırdıq. Bunlar televizorda izləmək istədiyimiz oyunlar idi. Hətta ‘Çelsi’də oynadığım vaxtlarda da belə idi.
Bu cür qarşılaşmaları səbirsizliklə gözləyirsən, çünki onlar hər zaman möhtəşəm keçir. Son iki mövsümdə uğurlarımızdan daha çox uğursuzluqlarımız olub. Həm parlaq, həm də çətin anlar yaşamışıq. Ümid edirəm ki, bu il vəziyyəti dəyişə biləcəyik. Bazar günü qalib gəlməliyik. Müəyyən dövrlərdə "El-Klasiko"da ulduz futbolçuların çatışmazlığı hiss olunurdu. İndi isə bizim heyətimizdə Mbappe, Vinisius və Bellinqem, ‘Barselona’da isə Rafinya və Yamal var. Lamin çox yaxşı futbolçudur və möhtəşəm çıxış edir.
‘Barselona’ hazırda çox yaxşı futbol nümayiş etdirir və əla formadadır. Sevindirici haldır ki, biz də ritmimizi tapmışıq və hazırda ən yaxşı formamızdayıq”, – deyə belçikalı qapıçı bildirib.
saytlarin hazirlanmasi