Real fantastik komandadır Flik çempionluq mübarizəsindən danışdı

21.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqadakı çempionluq mübarizəsi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, 32 turdan sonra turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan, əzəli rəqibi "Real Madrid"dən 4 xal öndə olan "blauqrana"nın çalışdırıcısının sözlərini "Sport.es" belə çatdırıb:

"Sonda necə olacağını bilmirəm. Geridə qalan matçlara baxsaq, biz də, "Real" da çətinlik çəkmişik. Qarşıdakı oyunların hamısında qalib gəlmək asan hədəf deyil. La Liqa olduqca rəqabətlidir. Çempionatın səviyyəsi yüksəkdir. Ümid edirəm ki, xal itirməyəcəyik. Lazım olanı etməliyik. Hələ mübarizə sona çatmayıb, "Real" isə hədəflərinə çatmaq istəyən fantastik komandadır".

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью