Real fərqi birə endirib İdman və Biz

02.12.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya La Liqasının 15-ci turu "Real" üçün uğurlu olub.

İdman.biz xəbər verir ki, Madrid klubu lider xal itirməsindən istifadə edib.

Cud Bellingem və Kilian Mbappenin vurduğu qollar madridliləri qələbə qazandırıb. Ehtiyatda 1 oyunu olan "Real" (33 xal) "Barselona"dan (34 xal) bir xal geri qalıb.

"Vilyarreal" "Jirona" ilə qarşılaşmada 2:0 hesablı qələbəni qoruya bilməyib. "Jirona" 90+7-ci dəqiqədə bərabərlik qolunu vurub.

İspaniya La Liqası
15-ci tur

"Vilyarreal" - "Jirona" - 2:2
"Real" - "Xetafe" - 2:0
"Rayo Valekano" - "Atletik" - 1:2

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью