Real fikrini dəyişdi

22.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Real" "Bavariya"nın müdafiəçisi Coşua Kimmixi transfer etmək barədə fikrini dəyişib. Sport24.az xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb.

Madrid təmsilçisi 30 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı. Lakin hazırda klub Kimmixin komanda üçün o qədər də vacib oyunçu olmadığını düşünür.

Coşua ilə "Barselona", "Liverpul" və "Mançester Siti" kimi top-klublar da maraqlanır. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Kimmix cari mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxb, 1 qol vurub və 12 məhsuldar ötürmə verib. O, 2015/2016 mövsümündən "Bavariya"da çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью