“Real” finalda

02.04.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.


Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Real” səfərdə məğlub etdiyi (1:0) “Real Sosyedad”la bu dəfə evdə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qapılara 8 qol vurulub. 

Bu oyunda “Real Sosyedad” əsas vaxtı qalib başa vurduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “kral klubu” adını finala yazdırıb. Ümumi hesab 5:4 olub.

Qeyd edək ki, digər yarımfinalda “Barselona” cavab matçında “Atletiko”nu qəbul edəcək. Cütün ilk görüşündə bərabərlik qeydə alınıb - 4:4.

İspaniya Kubokunun final oyunu aprelin 26-da baş tutacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью