futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Real”ın futbolçusu Franko Mastantuono karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçini “Yuventus”a təklif edib. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Real” oyunçusunun daha çox şans qazanmağı üçün bu qərarı verib.
“Yuventus” nümayəndələri “kral klubu”ndan vaxt istəyib.
Franko 2025-ci ildə 45 milyon avro qarşılığında “River Pleyt”dən “Real”a keçib. O, başa çatan mövsümdə 35 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.