“Real” gənc ulduzu komandada saxladı

22.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real”ın (Madrid) türkiyəli gənc ulduzu Arda Güler İspaniya “nəhəngi” ilə olan sözləşməsini yeniləyib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Tərəflər arasında 5 illik yeni müqavilə imzalanıb. Razılaşmanın hələ sentyabr ayında əldə olunduğu və artıq bütün rəsmi sənədlərin tam rəsmiləşdirildiyi bildirilir.

2023-cü ildən “Kral klubu”nun şərəfini qoruyan Arda Güler cari mövsümdə çıxış etdiyi 11 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Doqquz turdan sonra aktivində 21 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü sırasındadır. Çempionata 27 xalla “Barselona” liderlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью