“Real” gənc ulduzunu icarəyə verir

22.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid” argentinalı yarımmüdafiəçisi Franko Mastantuono ilə bağlı qərar verib.

Futbolpress.az xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunu icarəyə göndərməyə hazırdır. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu” oyunçunu yalnız satınalma hüququ olmadan icarəyə vermək niyyətindədir. Rəhbərlik Mastantuononun daimi oyun praktikası qazanmasını vacib sayır. Artıq İspaniya və digər Avropa ölkələrindən 5-dən çox klub gənc yarımmüdafiəçi ilə maraqlanır.

Qeyd edək ki, Mastantuono 2025-ci ilin avqustunda “River Pleyt”dən “Real”a transfer olunub. O, ötən mövsüm La Liqada keçirdiyi 23 oyunda 1 qol vurub. Argenitnalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına kimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью