Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İspaniyanın "Real Madrid" klubunun gənc braziliyalı hücumçusu Endrik komandadakı gələcəyi ilə bağlı qəti qərarını verib.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli ulduzların kölgəsində qalan 19 yaşlı forvard daha çox oyun praktikası qazanmaq üçün yanvar transfer pəncərəsində "Kral klubu"ndan ayrılmaq niyyətindədir.
Bu xəbərin ardından Avropanın iki iddialı klubu dərhal hərəkətə keçib. Baş məşqçi Paulo Fonsekanın rəhbərlik etdiyi Portuqaliyanın "Sportinq" klubu braziliyalı hücumçunun transferini bitirmək üçün rəsmi addımlar atmağa başlayıb. İnternetdən sifariş
Eyni zamanda İtaliyanın "Roma" klubu da futbolçunun keçidində maraqlı olduğunu bildirərək prosesi yaxından izləməkdə davam edir. Yanvar ayında Endrik üçün Avropa nəhəngləri arasında gərgin transfer mübarizəsinin yaşanacağı gözlənilir.