Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının əsas mərhələsinin I turunda "İnter" üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Sportal.az xəbər verir ki, fransalı forvard Madrid təmsilçisinin iddiaları barədə danışıb:
"Hələlik ideal haqqında danışmaq tezdir. Çempionlar Liqasında çıxışımıza yeni başlamışıq. Qələbə ilə start götürdük. Lakin, əlbəttə ki, xüsusi bir nailiyyət əldə etmək, dünyanın ən yaxşı klubları ilə rəqabət aparmağa qadir komanda olmaq istəyirik.
Çempionlar Liqasında ötən mövsüm bizim üçün kifayət qədər çətin keçdi. Lakin bilirsiniz ki, "Real" həmişə zirvədə olmalıdır. Ümid edirəm ki, bu il istədiyimiz yerdə olmaq üçün komanda və kollektiv kimi mübarizə aparacağıq".
saytlarin hazirlanmasi