Real hər şeyi ilk 15 dəqiqədə həll etməlidir

13.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya millisinin və "Real"ın sabiq futbolçusu Toni Kroos Madrid təmsilçisinin ÇL-in 1/4 final mərhələsinin cavab oyunlarında "Arsenal"la qarşılaşacağı oyunu haqda danışıb. 

QOL.az xəbər verir ki, o, bu barədə "Einfach mal Luppen" podkastında deyib: 

"Real" "Arsenal"a qarşı matçda hər şeyi ilk 15 dəqiqədə həll etməlidir. İdeal olaraq belə olmalıdır. Çempionlar Liqasının 1/4 finalında, əsasən də Madriddə təcrübəsi olmayan "Arsenal"a hələ heç nəyin bitmədiyini anlamağa məcbur etməlisən". 

Xatırladaq ki, sözügedən mərhələnin ilk oyunlarında "Arsenal" öz meydanında "Real"ı 3:0 hesabı ilə məğlub etmişdi. Cavab oyunu isə aprelin 16-sı keçiriləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью