“Real” hücumçusunu 10 milyona satdı

17.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın “Strasburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Real”dan Yakobo Orteqanı transfer edib. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Strasburq” Orteqa üçün Madrid klubuna 10 milyon avro transfer haqqı ödəyib.

İspan hücumçu ötən mövsüm “Real”ın əvəzedici komandasında 18 oyunda 6 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью