Real ı əzib keçən Arsenal dan üçüncü belə uğur Tarix təkrarlanacaq?

17.04.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London "Arsenal"ə "Real Madrid"i iki matçın ümumi nəticəsinə görə 5:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, İngiltərə komandası tarixində üçüncü, 2008/09 mövsümündən sonra isə ilk dəfə qitənin ən nüfuzlu turnirinin bu mərhələsində çıxış edəcək. 

Məlumatı "TNT Sports" yayıb.

Həmin vaxt Arsen Vengerin rəhbərlik etdiyi "topçular" yarımfinalda "Mançester Yunayted"ə uduzub (0:1, 1:3).

Londonlular Çempionlar Liqasının finalında sonuncu dəfə 2006-cı ildə - "Barselona"ya məğlub olanda (1:2) oynayıblar. “Arsenal” PSJ-ni, kataloniyalılar isə “İnter”i məğlub etsə, bu mövsüm 2006-cı ilin təkrarı baş verə bilər.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью