Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real” və Mərakeş millisinin üzvü Brahim Diaz yenidən İtaliyaya yollana bilər.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “Roma” mərakeşlini transfer etməyi planlaşdırır.
“Canavarlar” Diaza görə lazımı təzminatı da ödəməyə hazırdır. Brahimin “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Beşiktaş”ın da transfer siyahısındadır.
“Mançester Siti”, “Milan” klublarının da formasını geyinmiş 27 yaşlı futbolçu mövsümün sonunda yekun qərarını verəcək.