Real ı sevindən xəbər 3 futbolçu zədəsini sağaldıb

14.02.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real" Çempionlar Liqasının pley-offunda "Mançester Siti" ilə cavab matçında 3 oyunçusunun xidmətindən istifadə edə biləcək.

İdman.biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

İtaliyalı mütəxəssis fevralın 19-da keçiriləcək görüşdə Antonio Rudiger, David Alaba və Lukas Vaskes oynaya biləcəyini bildirib. İngiltərədəki qarşılaşmada meydana çıxmayan futbolçuların bazar ertəsinə kimi fərdi proqram üzrə məşq edəcəyi vurğulanıb.

Qeyd edək ki, "Real" səfərdə İngiltərə çempionuna 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью