Real ı tərk edə bilər

17.05.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real"ı tərk edə bilər

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa millisinin DÇ-2026 üçün açıqlanan heyətindən kənarda qalmasından narazıdır.

QOL.az xəbər verir ki, “TEAMtalk” nəşrinin məlumatına görə, bu qərar 23 yaşlı futbolçunun Madrid klubundan ayrılmaq və karyerasında yeni mərhələyə keçmək istəyini gücləndirib.

Məlumata görə, Madrid təmsilçisi futbolçunun mümkün gedişinə açıqdır və onu təxminən 57.5 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Kamavinqa cari mövsümdə “Real”ın heyətində 42 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir, hazırkı bazar dəyəri isə 50 milyon avro olaraq göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью