Real ın 150 milyonluq təklifi rədd edildi Rəsmi

10.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın 150 milyonluq təklifi rədd edildi - Rəsmi

"Atletiko" Xulian Alvaresin transferi ilə bağlı "Real"ın 150 milyon avroluq təklifindən imtina edib.

QOL.az xəbər verir ki, bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb.

Klubun Direktorlar Şurasının iclasında Alvaresin hüquqlarının 150 milyon avroya alınması barədə qərar qəbul edilib. Ancaq "Atletiko" oyunçunun satmaq istəməyib və qarşı tərəfin təklifini rədd edib.

26 yaşlı Xulian Alvares Argentina millisinin heyətində 51 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu milli komanda ilə birlikdə 2022-ci il dünya çempionatını, Amerika kubokunu (2021, 2024) və Finalissimanı (2022) qazanıb.

Alvares başa çatan mövsüm "Atletiko"da 49 oyuna 20 qol vurub, 9 qol ötürməsi edib.

Xatırladaq ki, bir müddət əvvəl "Barselona" argentinalı hücumçu üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərsə də, Madrid klubu bundan imtina etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью