Real ın 3 ulduzu Xabidən narazıdır

25.11.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real"ın 3 ulduzu Xabidən narazıdır

"Real"da baş məşqçi Xabi Alonso ilə bəzi futblçular arasında problemlər get-gedə böyüyür.

QOL.az xəbər verir ki, bu haqda "Cadena SER" məlumat yayıb.

Madrid təmsilçisinin futbolçuları Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem Xabi Alonsonun işindən narazıdırlar. 

Belə ki, Vinisius Xabi Alonsoya görə klub ilə müqaviləsini yeniləməkdən imtina edib. Futbolçu məşqçinin ona qarşı ədalətsiz davrandığını düşünür. Valverde yarımmüdafiə mövqeyində oynamaq istəyir, lakin mütəxəssis onu mərkəz yarımmüdafiəçisi kimi görmür və sağ cinah müdafiəsində oynatmağa üstünlük verir. Bellinqem isə Alonsonun sistemində öz yerini tapmayıb və məşqçinin ondan maksimum yararlandığına inanmır.

Qeyd edək ki, Xabi bu ilin yayından "Real"ın baş məşqçisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью