Real ın appelyasiya şikayəti təmin olunmadı

17.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Real"ın futbolçusu Vinisius Junior diskvalifikasiya səbəbindən İspaniya La Liqasının növbəti matçlarında komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Vilyarreal"a qarşı oyunda (1:0) qırmızı vərəqə alan braziliyalı vingerin 4 oyunluq cəzası ilə bağlı "kral klubu"nun verdiyi apellyasiya şikayətini rədd etmək qərarına gəlib.

​Xatırladaq ki, qarşılaşmanın epizodlarının birində Vinisius rəqib oyunçu Natan Salibanın saçından tutub.

"Real" İntizam Məcəlləsinin maddələrinə, xüsusən də baş hakimə etirazla bağlı dəyişikliklər hesabına cəza müddətini bir neçə oyun azaltmaq istəyirdi. ​Beləliklə, Junior La Liqanın "Sevilya", "Barselona", "Rasinq" və "Valensiya"ya qarşı matçlarını buraxacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью